Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub

Mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bursa Dövlət Simfonik Orkestrinin konsertində olub. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nətavan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Muxtar…