Ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisinin açılışı olub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsm sərgisinə baxıb. Məlumat verilib ki, sərgidə 32 rəssamın Ulu Öndərə həsr olunmuş portretləri, Naxçıvan Muxtar Respublikasının tarixi abidələrini, təbiətini və müasir…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, Ulu…

Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək müharibə veteranları ilə görüşüb, onları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə təbrik edib. Ali Məclisin Sədri kompleksdəki abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirib. Sonra Dövlət Himni səslənib. Mərasim iştirakçıları və…

Şuşanın işğalından 26 il ötür

Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min…

Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan çempionatına yekun vurulub

Yarışın açılış mərasimində çıxış edən Karate-do federasiyasının sədri Fazil Ələkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür. Gənclərin fiziki hazırlığına, onların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Muxtar respublikada müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların, eləcə də karate-do federasiyasının yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsini…

Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub

Mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bursa Dövlət Simfonik Orkestrinin konsertində olub. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nətavan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Muxtar…

Gənc polislər ilk dəfə and içiblər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti hazırlayan məktəbinin məzunları üçün andiçmə mərasimi keçirilib. Məktəbin ilk hazırılıq kursunu 16 nəfər gənc polis əməkdaşı bitirib. Dövlət Bayrağı Muzeyində keçirilən mərasimdə nazirliyin şöbə rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov, məktəbin rəisi, polis polkovniki Vahid Qarayev çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar…

Naxçıvan muzeyləri ziyarət olunub

Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşları “Əlincəqala” Muzeyi və tarixi abidəsini ziyarət ediblər. Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında  Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı…

Naxçıvanda Duz Muzeyi istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülmüş, “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılmışdır. Aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin…

Polis əməkdaşları arasında keçirilən birincilikdə qaliblər müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idman tədbirlərinin təqvim planına əsasən daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə birincilik keçirilib. Yarışdan bir gün öncə Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yarış iştirakçıları və məşqçilər üçün seminar təşkil edilib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yeni qaydalar haqqında idmançıları…