Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib

Mayın 23-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir. 1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi 2. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi 3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin…

“İxrac ilinə” mühüm töhfə
“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır. Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral…

Muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib
Yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış olub

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “İndiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək”. Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcmini artırıb, ixrac imkanı yaradıb və əhalinin məşğulluğu təmin olunub.…

Xidmət mərkəzində 4 kənd sakini işlə təmin olunub

Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır. Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar minnətdarlıq ediblər. Sonra sakinlərlə görüş olub. Naxçıvan Muxtar…

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir. Mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Həkim ambulatoriyasında 8…

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kənd mərkəzinin açılışını edib. Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var. Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan…

Xidmət mərkəzi sakinlərin rahatlığının təminatıdır

Mayın 18-də Muğancıq-Mehrab kəndində xidmət mərkəzinin də açılışı olub. Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilib ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Ali Məclisin Sədri xidmət mərkəzində yerli istehsal və ailə təsərrüfatı məhsullarının…

Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolu yenidən qurulub

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının göstəricisidir. Ona görə də Naxçıvan Muxtar Respublikasında avtomobil yolları yenidən qurulur, bütün kəndlərdə müasir yol şəbəkələri yaradılır. Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışını edib. Bildirilib ki, 3270 metr uzunluğundakı avtomobil yolu yenidən qurulmuş, asfalt  örtük salınıb. Eyni zamanda 5200 metr uzunluğundakı…

Muğancıq-Mehrab Kənd mərkəzinin açılışı olub

Mayın 18-də Muğancıq-Mehrab Kənd Mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, binada Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, arxiv, kitabxana və 44 yerlik zal yerləşir.…

Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində kompleks quruculuq işləri aparılıb

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışına hesablanıb. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”,- deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu sahədə…