Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədən irəli gələn vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində daxili işlər naziri general-leytenant Fazil Ələkbərov məruzə ilə çıxış edib. Bildirilib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev yolunu uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən həyata keçirilən siyasi strategiya nəticəsində…

Ali Məclis payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirib

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış…

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi muzey işi də diqqətdə saxlanılmışdır. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu…

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 6-cı sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Avqustun 21-də  – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü ərəfəsində 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir. Bildirilmişdir ki, 6-cı sərhəd zastavası 1932-ci ildən…

Soyuq döyüş bölgəsində xidmət nümunəvi təşkil olunub

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub. Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada…

Müdafiənin etibarlı təşkili təsərrüfat sahiblərinə geniş imkanlar açır

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb. Bildirilib ki, ərazinin etibarlı müdafiəsi heyvandarlar üçün geniş imkanlar yaradıb. Ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq,…

Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun  hərbi qulluqçuları böyük şücaət göstərib, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi…

Dinləyicilər polis andı qəbul ediblər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi Rəşad Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu muxtar respublikada uğurla davam etdirən…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd etmişdir. Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, bu illər…

İctimai təhlükəsizliyin qorunmasına ciddi önəm verilir

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyul ayında da fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qurub. Bu dövrdə vətəndaşlar arasında hüquqi-maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. Ay ərzində aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 3 avtomat, 1 tapança, 2 qaz tapançası, 8 ov, 3 tir silahı, 1 əl qumbarası, 1 beşbarmaq, 5 xəzinə,…