Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılıb

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılmış, Zəfər Parkı salınmışdır. Noyabrın 5-də – Zəfər Günü ərəfəsində Naxçıvan…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Avropa İttifaqı arasındakı müxtəlif səviyyəli əlaqələrdən bəhs olunmuşdur.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulmuşdur. Oktyabrın 31-də Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir.…

Naxçıvanda Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir. Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilmiş, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmiş, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Türkiyənin Naxçıvandakı Baş…

Unus kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Oktyabrın 28-də Ordubad rayonunun Unus kənd tam orta məktəbi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, ikimərtəbəli 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, direktor, şahmat, kompüter və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və bufet…

Naxçıvanda payızlıq taxıl əkini ilə bağlı səyyar müşavirə keçirilib

Ümummilli lider Heydər Əliyev demişdir: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq… Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb…

Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olub

Ümummilli lider Heydər Əliyev Kamil Əliyev sənətinə yüksək qiymət verərək demişdir: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilmişdir.…

Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında…

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbi yenidən qurulub

1925-ci ildən fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb zəngin təhsil ənənələrinə malikdir. Məktəb muxtar respublikada  təhsilin inkişafına töhfələr vermişdir. Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 2 nömrəli tam orta məktəbi də əhatə etmiş, müasir maddi-texniki baza və tədris şəraiti yaradılmışdır. Oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbi yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan…

Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni bina istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”. Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun…