Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir
Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Ən çətin dağlıq şəraitdə belə hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən…

Daxili İşlər Nazirliyinin əməkdaşları əsgərlərə bayram sovqatı aparıb

Bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları  31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibəti ilə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat briqadasına gedərək, əsgərlərə bayram sovqatı təqdim ediblər. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əsgər və zabitləri bayramlar münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar diləyib. Əsgərlərdən Həsənxan Həsənxanlı və Çingiz…

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib

Dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib: 1. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin təsdiq edilməsi 3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2019-cu il…

Naxçıvan teatrında Hüseyn Cavidin “Xəyyam” dramı tamaşaya qoyulub

Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb. Görkəmli filosof-şair, dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə yeni mərhələnin – mənzum dramın əsasını qoyub. Şərq klassik poeziyasının dahilərindən olan şair-mütəfəkkir Ömər Xəyyamın…

Sosial qayğıya ehtiyacı olanlara mənzillər və minik avtomobili təqdim olunub

Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ- Lifan 320” markalı minik avtomobili verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidməti vəzifələrini…

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib

Şərur rayonu qədim tarixə malikdir. Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürüb, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırıblar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Bu gün Şərur rayonunun tarixi sistemli şəkildə tədqiq…

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib

Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verərək deyib ki, tikinti işləri “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Almaniyanın “Bioworks” şirkəti tərəfindən həyata keçirilib. Almaniya və…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycanın inkişafı Türkiyənin inkişafı, Türkiyənin inkişafı isə Azərbaycanın inkişafıdır. Naxçıvan Muxtar Respublikası ilə Ərzurum vilayəti arasındakı münasibətlərin tarixinə diqqəti çəkən…

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə baxıblar.…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan islam və türk dünyasının mərkəzində yerləşir. “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh peyğəmbərin məzarı Naxçıvandadır.…