Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri Ulu…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi qəbul edib. Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Macarıstan Respublikası arasında iqtisadi, təhsil və turizm sahələrində…

Polis əməkdaşları arasında şahmat yarışı

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 40 əməkdaşı arasında şahmat yarışı keçirilib. İsveçrə sistemi üzrə təşkil olunan yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Yarışın hakimi, beynəlxalq dərəcəli qrossmeyster Urfan Sevdimalıyev birinciliyin keçirilmə qaydaları barədə məlumat verdikdən sonra nazirliyin Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada idmanın bütün sahələrinin inkişafına göstərilən qayğıdan danışıb.…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb, onu səfir təyin olunması münasibətilə təbrik edib. Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən Ali Məclisin Sədri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, muxtar…

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini verib. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunmasına…

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan…

Sənaye məhəllələrinin yaradılması yeni layihələrə yol açır

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur rayonunda Sənaye Məhəlləsi yaradılır. Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Sənaye Məhəlləsinin yaradıldığı əraziyə gəlib, görülən işlərlə tanış olub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev layihə əsasında sənaye məhəlləsində yaradılacaq istehsalı sahələri haqqında məlumat verib. Qeyd olunub…

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Həmin gün Xələc kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mərkəzdə 6 sakin işlə təmin olunub. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki…

Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır. Bunun çox böyük əhəmiyyəti var”. Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir. Xüsusilə kənd yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb…

Xələc Kənd Mərkəzi istifadəyə verilib

Dekabrın 9-da Xələcdə kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Xələc kənd…