Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb
İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb. Ali Məclisin Sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə edib. Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirib, göstərilən diqqətə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını…