“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçıları Naxçıvanla tanış olmuşlar

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar…

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri general-mayor Fazil Ələkbərov şəxsi heyəti təbrik edib

Daxili qoşunların Naxçıvan Əlahiddə Əməliyyat briqadasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ötən ay silahlı qüvvələrin keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi də daxil olmaqla 11 min hektardan artıq ərazi ordumuzun nəzarəti altına keçdiyi vurğulanıb. Bütün bunlar əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun bəhrələridir. Tədbirdə Naxçıvan…

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə görüşmüşdür. Ali Məclisin Sədri qonağı salamlamış və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Səmimi qəbula görə minnətdarlıq edən George Leuka Naxçıvanın tarixi və müasir inkişafı haqqında məlumata malik olduğunu bildirmişdir. Qonaq muxtar respublikaya səfərinin əməkdaşlıq imkanlarının…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin tikintisinin uğurla başa çatması münasibətilə “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Krönerə təşəkkür etmişdir. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi nəticəsində 500 hektar torpaq sahəsinin su ilə təmin…

“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir

Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Naxçıvan Muxtar Respublikasında bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması da bu sahədə görülən işlərin davamıdır. İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxmışdır. Məlumat…

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilmişdir

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci…

Naxçıvan şəhərdaxili avtomobil yolları yenidən qurulacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında”. Ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını təmin etmişdir. Muxtar respublikada iqtisadi inkişafın başlıca şərtlərindən və sosialyönümlü…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirdi və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri qeyd etdi ki, bu, ölkələrimiz arasındakı yaxşı…

Daxili İşlər Nazirliyinin əməkdaşları təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

29 may 2018-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis kapitanı Fariz Nəsirov və Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru, polis leytenantı Ayaz İsmayılov tələbələr qarşısında “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə ölkəmizin, millətimizin sabahı bundan asılı olacaqdır” və yol…