Qazançı kənd tam orta məktəbinin binası istifadəyə verilmişdir
Noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək demişdir ki, muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş…