Polis əməkdaşları arasında keçirilən birincilikdə qaliblər müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idman tədbirlərinin təqvim planına əsasən daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə birincilik keçirilib. Yarışdan bir gün öncə Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yarış iştirakçıları və məşqçilər üçün seminar təşkil edilib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yeni qaydalar haqqında idmançıları…