Müasir yol güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisidir
Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulub. Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi uzunluğu 5,1 kilometr olan yola asfalt örtük salınıb, 29 su keçidi qoyulub, 640 metr beton su kanalı çəkilib, 1 körpü təmir edilib və 225 metr istinad…