Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib

Yanvarın 31-də Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua açılışı bildirən lenti kəsiblər. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu Naxçıvan Muxtar Respublikasında…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb. Səfir Vey Cinhua ölkələrimiz arasındakı dostluq münasibətlərinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, Ulu Öndərin vətəni Naxçıvana səfərinin əhəmiyyətini vurğulayıb. Çin-Azərbaycan əlaqələrinə diqqəti çəkən səfir Naxçıvan şəhərində yeni uşaq…

Şahbuz Rayon Dövlət Arxivi üçün hərtərəfli iş şəraiti yaradılıb

Muxtar respublikamızda arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Şahbuz Rayon Dövlət Arxivi üçün iş otağı və fond istifadəyə verilib, kompüter qoyulub. Fondda havalandırma sistemi…

Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilib

Qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı yaşayış məntəqələrindən biri də Şahbuz rayonudur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti Şahbuz rayonunda tarixən mədəniyyətin inkişafına səbəb olub. Son illər rayonda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə edib, mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar açıb. Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayı…

Şahbuz şəhərində yeni Aviakassa tikilib

Muxtar respublikada hava nəqliyyatı müasir tələblər səviyyəsində qurulub. Bu sahədə xidmətin hərtərəfli təşkili daim diqqətdə saxlanılır. Turizm bölgəsi olan Şahbuz rayonunda yeni Aviakassanın istifadəyə verilməsi də mühüm əhəmiyyətə malikdir. Yanvarın 30-da Şahbuz şəhərində yeni Aviakassanın açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur…

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, eləcə də ixtisaslı həkim hazırlığı tibbi xidmətin səviyyəsini yüksəldib. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim, Tibb Kollecində…

Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib

Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların…

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü yad edilib

Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında yad edilib. Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Sonra dövlət himni səslənib. Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə…

Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub

Yanvarın 19-da Naxçıvanda bir şəhid ailəsinə və bir Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdud şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir.…