Şərur rayonunun Vərməziyar kəndində məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib

Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə…