Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Martın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Novruz bayramı münasibətilə Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilən Novruz Şəhərciyində iştirak ediblər. Əvvəlcə “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül…