Naxçıvanda şəhidin qarşılanma mərasimi keçirilib

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən 3 hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də Naxçıvandan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Tağıyev Səbuhi Gündüz oğludur.…

Daxili Qoşunların Ali Hərbi Məktəbində Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Ali Hərbi…

Daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

Aprelin 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsinin…

Ümummilli Liderin 100 illiyi münasibətilə Ordubad rayonunda “Azərbaycan – Türkiyə ipək bağı” salınıb

Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş…

Naxçıvanda Elm Günü münasibətilə alim və ziyalılarla görüş olub

Martın 27-də – Elm Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın elm xadimləri və ziyalıları ilə görüşüb. Səlahiyyətli nümayəndə Elm Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ümumi inkişafın təmin olunması və kadr hazırlığı sahəsində elm xadimlərinin və ziyalıların qarşısında duran vəzifələrdən danışıb, elmi yanaşmanın vacibliyini vurğulayıb. Azərbaycan Milli Elmlər…

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Martın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Novruz bayramı münasibətilə Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilən Novruz Şəhərciyində iştirak ediblər. Əvvəlcə “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül…

Nazir Süleyman Neymətov Naxçıvanda polisə qəbulla bağlı sıra baxışı keçirib.

Martın 18-də Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. Tədbirdə 11 nəfər Vətən müharibəsi  iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131…

Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsi istifadəyə verilib

Martın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsinin açılış mərasimində iştirak edib. Əvvəlcə səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə muxtar respublikada görülən işlər…

Naxçıvanda 3 şəhid ailəsinə və 5 qaziyə mənzil, 12 qaziyə isə avtomobil təqdim olunub

Martın 16-da – Novruz bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailəsi və qazilərlə görüşüb, 3 şəhid ailəsinə, 5 qaziyə yeni mənzil, 12 qaziyə isə avtomobillər təqdim olunub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli…

Naxçıvanda bir qrup şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edilib

İmtiyazlı şəxslər avtomobillə, sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla, özünüməşğulluq proqramına cəlb olunanlar aktivlərlə təmin olunublar Martın 16-da Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər, müharibə ilə əlaqədar əlilliyi olanlara avtomobillər təqdim edilib. Mənzil və avtomobillərin təqdimatı tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Prezidentinin…