Polis əməkdaşları arasında şahmat yarışı

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 40 əməkdaşı arasında şahmat yarışı keçirilib. İsveçrə sistemi üzrə təşkil olunan yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Yarışın hakimi, beynəlxalq dərəcəli qrossmeyster Urfan Sevdimalıyev birinciliyin keçirilmə qaydaları barədə məlumat verdikdən sonra nazirliyin Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada idmanın bütün sahələrinin inkişafına göstərilən qayğıdan danışıb.…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb, onu səfir təyin olunması münasibətilə təbrik edib. Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən Ali Məclisin Sədri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, muxtar…

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini verib. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunmasına…

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan…