Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır. Bunun çox böyük əhəmiyyəti var”.

Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir. Xüsusilə kənd yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir.

Dekabrın 9-da Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, ümumi uzunluğu 7730 metr olan Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. 2000 metr uzunluğunda kənddaxili yollar təmir olunub, qum-çınqıl qatı verilib. Yolun üzərində 25 su keçidi qoyulub, 540 metr beton su kanalı çəkilib.