Müasir kənd yolları inkişafın göstəricisidir

Fevralın 5-də Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 11 kilometrlik yola asfalt örtük salınıb. Tikinti işləri aparılarkən yolun üzərində 228 su keçidi qoyulub, 2261 metr beton su kanalı çəkilib, 1 yeni körpü tikilib, 1-i isə təmir edilib.

Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün də geniş imkanlar açır

Həmin gün Nüsnüs kəndində yeni xidmət mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə…

Sağlamlığın qorunması gələcəyə təminatdır

Fevralın 5-də Nüsnüs kənd həkim ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb. Məlumat verilib ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek otaqları vardır. Səhiyyə ocağı stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və…

Yeni kənd mərkəzi əhalinin vaxt itkisinin qarşısını alır

Dövlət qurumlarının eyni binada fəaliyyət göstərməsi səmərəli idarəetmə və insan amilinə verilən dəyərin ifadəsidir. Fevralın 5-də Nüsnüsdə yeni kənd mərkəzinin açılışı olub. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik…

Qurub-yaratmaq ən böyük vətənpərvərlikdir
Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində geniş quruculuq işləri aparılıb

“Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”, _ deyən ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini ölkəmizdə…

İlin yekunları müzakirə olunub

“Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının 2020-ci ildə xidməti döyüş fəaliyyətinin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində müşavirə keçirilib. Müşavirəni Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. Hesabat məruzəsi ilə geniş çıxış edən “Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev ötən il briqada qarşısında qoyulan vəzifələrin icrası istiqamətində…

Səfərlə bağlı mətbuat bəyanatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra mətbuata bəyanatla çıxış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “İran İslam Respublikasının xarici işlər nazirinin Naxçıvana səfəri bölgə dövlətlərinin birgə əməkdaşlığının təşkili ilə bağlıdır. Bölgə dövlətlərini əhatə edən səfər Azərbaycanın ayrılmaz tərkib…

İran İslam Respublikasının xarici işlər naziri Naxçıvan Muxtar Respublikasında səfərdə olub

Yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş və muxtar respublikaya səfərinin  əhəmiyyətini vurğulayıb. Məhəmməd Cavad Zərif göstərilən…

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq olub.

Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib. Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda aparılan uğurlu idman siyasətindən danışıb. Vurğulanıb ki,…

Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da artırılacaq

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ildə polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər…