Müdafiənin etibarlı təşkili təsərrüfat sahiblərinə geniş imkanlar açır

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb. Bildirilib ki, ərazinin etibarlı müdafiəsi heyvandarlar üçün geniş imkanlar yaradıb. Ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq,…

Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun  hərbi qulluqçuları böyük şücaət göstərib, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi…

Dinləyicilər polis andı qəbul ediblər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi Rəşad Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu muxtar respublikada uğurla davam etdirən…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd etmişdir. Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, bu illər…

İctimai təhlükəsizliyin qorunmasına ciddi önəm verilir

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyul ayında da fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qurub. Bu dövrdə vətəndaşlar arasında hüquqi-maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb, profilaktikaya geniş yer verilib. Ay ərzində aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 3 avtomat, 1 tapança, 2 qaz tapançası, 8 ov, 3 tir silahı, 1 əl qumbarası, 1 beşbarmaq, 5 xəzinə,…

Culfa rayonunun Yaycı kəndində içməli su şəbəkəsi qurulur

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır”. Avqustun 3-də Naxçıvan…

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi istifadəyə verilib

Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili diqqətdə saxlanılır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilmiş, ən müasir mətbəə avadanlıqları quraşdırılmış, maddi-texniki baza gücləndirilmişdir. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır.         İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb

İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın türk dünyası üçün əhəmiyyətinə diqqəti çəkmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirmişdir. Azərbaycanda və…

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunub

İyulun 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rəssamlar Birliyinin 50 illik yubileyini muxtar respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə rəssamları, sənətsevərləri və ictimaiyyət nümayəndələrini təbrik edərək demişdir: Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında qarşıya qoyulan vəzifələr və yarım ilin yekunları müzakirə edilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin I yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasını Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov giriş sözü ilə açaraq geniş məruzə edib. Bildirilib…