Soyuq döyüş bölgəsində xidmət nümunəvi təşkil olunub

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub. Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada…

Müdafiənin etibarlı təşkili təsərrüfat sahiblərinə geniş imkanlar açır

Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb. Bildirilib ki, ərazinin etibarlı müdafiəsi heyvandarlar üçün geniş imkanlar yaradıb. Ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq,…

Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun  hərbi qulluqçuları böyük şücaət göstərib, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi…

Dinləyicilər polis andı qəbul ediblər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi Rəşad Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu muxtar respublikada uğurla davam etdirən…