Orta İxtisas Polis Məktəbində buraxılış mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin buraxılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi strategiyanın ardıcıl və dönmədən həyata keçirilməsi muxtar respublikada dinamik inkişaf və sosial-iqtisadi tərəqqi…