Naxçıvan şəhərində bayram şənliyi keçirilib. Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şənlikdə iştirak edib
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində xoş əhval-ruhiyyəli şən mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub. Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb. Fuad Nəcəfli sakinlərlə səmimi söhbət edib,…