Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilib

Noyabrın 29-da Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış etmişlər. Kitabxananın əməkdaşı Xədicə Hüseynova yaradılan şəraitə görə kitabxanaçılar və oxucular adından dövlətimizə…