Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirdi və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri qeyd etdi ki, bu, ölkələrimiz arasındakı yaxşı…