“Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılmışdır

Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Mayın 25-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının…