Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşmüşdür. Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı, təhsil sistemi, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq təhlükəsizliyi səhəsində görülən işləri diqqətə çatdırmışdır. Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişaf etdiyini bildirən Ali…