Cəhri-Gərməçataq kənd avtomobil yolu yenidən qurulur

Həmin gün Ali Məclisin Sədri Cəhri-Gərməçataq kənd avtomobil yolunda görülən yenidənqurma işləri ilə də maraqlanmışdır. Məlumat verilmişdir ki, ümumi uzunluğu 20 kilometr olan yolun Cəhri qəsəbəsindən keçən hissəsində yol yatağı genişləndirilir, səki salınır, işıqlandırma dirəkləri qurulur. Yolda 5400 metr beton su kanalının çəkilməsi nəzərdə tutulmuşdur. Qəsəbə mərkəzində infrastruktur yenilənmiş, yol kənarındakı yararsız hasarlar sökülərək yenisi…

Babək rayonunun Cəhri qəsəbəsində yeni məscid istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din siyasəti ölkəmizdə uğurla həyata keçirilir, dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Dekabrın 21-də Babək rayonunun Cəhri qəsəbəsində yeni məscid istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə…