Yeni xidmət mərkəzində lazımi şərait yaradılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub. Ali Məclisin Sədri yerli istehsal məhsullarının satışına…

Müasir yol güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisidir

Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulub.  Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi uzunluğu 5,1 kilometr olan yola asfalt örtük salınıb, 29 su keçidi qoyulub, 640 metr beton su kanalı çəkilib, 1 körpü təmir edilib və 225 metr istinad…

Vələver kəndində dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb

Dekabrın 23-də Vələver kənd mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik…

Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılıb. Bu dövrdə muxtar respublika da hərtərəfli inkişaf edib, ümumi daxili məhsul 16 dəfə, sənaye məhsulu…