26 yanvar 2022-ci ildə Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları veteranlarının ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda polis veteranlarının 2022-ci ildə fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Hesabat məruzəsi ilə Veteranlar Şurasının sədri istefada olan polis polkovniki Yusif Həsənov çıxış etmişdir. Sonra Veteranlar Şurasının yeni tərkibi müəyyən edilərək Yusif Həsənov yenidən Veteranlar Şurasının sədri seçilmişdir.
Yığıncaqda daxili işlər nazirinin vəzifələrini icra edən polis polkovniki Rəşad İsmayılov çıxış edərək polis veteranlarının fəaliyyətinin qənaətbəxş olduğunu vurğulamış və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda daxili işlər orqanları ilə qarşılıqlı fəaliyyətdə fərqlənən polis veteranları mükafatlandırılmışlar.