Naxçıvan MR DİN-in Orta İxtisas Polis Məktəbində “İlkin hazırlıq” kursunun növbəti “Andiçmə” mərasimi keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş 40 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib. Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər…