“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanası və idman kompleksi istifadəyə verilib
Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılıb. Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma…