“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanası və idman kompleksi istifadəyə verilib

Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılıb. Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma…

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə 6 yeni elektrobus gətirilib

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada şəhərdaxili və rayonlararası nümunəvi sərnişindaşıma xidməti həyata keçirilir, müasir avtobuslar və elektrobuslar alınaraq xəttə buraxılır. Bu da vətəndaşların rahatlığına, eləcə də ekoloji təhlükəsizliyə xidmət edir. Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə 6 yeni elektrobus təqdim olunmuşdur. Naxçıvan…