Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılmış, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Ulu öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoymuş, milli birliyi və sabitliyi təmin etmiş, müstəqilliyimiz qorunub saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam…