Kosacan kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər ardıcıl şəkildə davam etdirilir. Xüsusilə kəndlərdə avtomobil yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri yaşayış məntəqələrinin turizm və kənd təsərrüfatı potensialını daha da artırır. Noyabrın 21-də Kosacan kənd avtomobil yolu istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun yenidən qurulması…

Kosacanda yeni xidmət obyekti fəaliyyətə başlayıb

Həmin gün Kosacan kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mərkəzdə 6 sakin işlə təmin olunub. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki…

Kosacanda Kənd Mərkəzinin açılışı olub

Noyabrın 21-də Kosacanda yeni kənd mərkəzinin də açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, kənd mərkəzində 9 dövlət təşkilatı – inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o…

Kosacan kənd tam orta məktəb binası istifadəyə verilmişdir

Noyabrın 21-də Kosacan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir. Kosacan kənd tam orta məktəbinin direktoru Asim Həsənov çıxış edərək demişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi Kosacan kəndində də geniş quruculuq işləri aparılmışdır. Kosacan kənd tam orta məktəbi…