15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilib, hərtərəfli xidmət şəraiti yaradılıb. Müasir yaşayış və xidmət kompleksləri tikilərək istifadəyə verilib, sərhəd zastavaları yenidən qurulub, sərhədlərimizin etibarlı mühafizəsi təmin edilib. Sentyabrın 17-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.…