Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və aparılan quruculuq işləri ölkəmizdəki sabitliyi, inkişafı və ən əsası dövlət-xalq birliyini möhkəmləndirir. İnsanların rifahına hesablanmış kompleks islahatlar Heydər Əliyev siyasi xəttinin bəhrəsi kimi xalqımızın həmrəyliyini daha da gücləndirir. Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşub,…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi əsgərlərlə görüşüb

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsgərləri ilə görüşüb, onlara bayram sovqatı təqdim ediblər. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əsgərlərlə səmimi söhbət edərək deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası…

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”. Bu gün muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Yeni istehsal sahələri yaradılır, daxili bazar yerli məhsullarla təmin olunur, iş yerləri açılır. Dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası…

Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılmışdır. Babək rayonunda yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiq olunması da imkan verəcəkdir ki, əhaliyə daha keyfiyyətli səhiyyə xidməti göstərilsin. Babək…

Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasını diqqətdə saxlayır. Ölkəmizin iqtisadi qüdrətinin artması səhiyyənin davamlı inkişafına səbəb olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqi və bu sahədə idarəetmə sisteminin formalaşdırılması da görülən işlərin davamıdır. Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verdi

2019-cu il dekabrın 23-ü ölkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Muxtar respublikada bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 2122 namizəd qeydə alınıb. Bələdiyyə seçkilərində 170 bələdiyyəyə 1452 üzv seçilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki…

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun M Ə R U Z Ə S İ

Dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə edib. Hörmətli deputatlar və sessiya iştirakçıları! Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda…

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib

Dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib: 1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının ­yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi 3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2020-ci il…

Duzdağda yeni şaxta istifadəyə veriləcək

Dekabrın 19-da Duzdağda yeni şaxta açılması münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib ki, ərazidə duz ehtiyatlarının miqdarı, keyfiyyəti və tərkibi dəqiq öyrənilib, laboratoriya analizləri aparılıb və duzun standartların tələblərinə uyğunluğu müəyyənləşdirilib. Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvanda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusundakı tədbirə görə qonağa təşəkkürünü bildirib. Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı…