Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə nümayəndə heyəti ilə görüşüb

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış, səfərin Çanaqqala zəfərinin və Çanaqqala şəhidlərinin anım gününə təsadüf etdiyini diqqətə çatdırmış, Çanaqqala və Qarabağ şəhidlərinin xatirəsinə ehtiramını bildirmişdir. Hər iki ölkə…

Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi həm də xalqımızı bir yumruq kimi birləşdirdi. Düşmən üzərindəki qələbə yenilməzlik rəmzinə çevrildi. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq.…

Sədərək rayonunda Bayraq Meydanı yaradılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır…” Ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirən ölkə başçısı dövlət rəmzlərini və atributlarını daim uca tutur, ölkəmizin hər yerində bayraq meydanları yaradılır, əzəli Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırılır. Martın 11-də Sədərək rayonunda Bayraq Meydanı istifadəyə…

Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks qurulur

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks tikilir. Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə görülən işlərlə maraqlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət…

Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib

Martın 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasında yaradılan şəraitlə tanış olub. Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin direktoru Hikmət Əhmədov məlumat verərək deyib ki, muxtar respublikanın davamlı  inkişafı  teleradio yayımı sahəsini də əhatə edib, rəqəmsal televiziya şəbəkələrinin…

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. Dövlət qurumlarının nümayəndələri də abidə önünə gül qoyublar. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində…

Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında təhsilin xüsusi yeri vardır. Bütün təhsil pillələri üzrə müasir infrastrukturun yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi tədrisin səviyyəsini yüksəltmişdir. Eyni zamanda müasir universitet şəhərcikləri salınarkən tələbələrin təhsili ilə yanaşı, onların yaşayış şəraitinin yaxşılaşdırılması da zərurətə çevrilib, yeni yataqxanalar tikilib. Fevralın 23-də Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran nümayəndə heyəti ilə görüşüb

fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrdən bəhs edən Ali…

Yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də xidmət göstərəcək

Səhiyyənin inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindəndir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə…

Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir“. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu…