General-mayor Süleyman Neymətov “İgidliyə görə” medalı Quliyev Vüsalın ailəsinə təqdim edib

Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Quliyev Vüsal Əbülfəz oğlunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə…

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 5-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 210 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 28 nəfəri Vətən müharibəsinin…

21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Muxtar Respublikanın Prokurorluğu,  eləcə də Kəngərli rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qarabağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında…

Daxili işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 22-də Saatlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Saatlı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Sabirabad,…

General-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşüb

Fevralın 15-də Qazaxıstan Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib. Nazir Erjan Sadenov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.  Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri…

Təhlükəsizlik kameraları niyə quraşdırılmalıdır?

Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma 70-80 faiz təşkil edir. Bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir. Daxili İşlər Nazirliyi tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya…

Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Cənab Prezidentin tapşırığına uyğun olaraq Naxçıvan MR-nın Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və əməkdaşların xidmət şəraitinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Binanın açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Üçmərtəbəli binanın foyesində…

DİN-in rəqəmsal polis platforması istifadəyə verildi

Daxili İşlər Nazirliyi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən innovativ texnoloji həllərin davamı olaraq göstərdiyi elektron xidmətləri daha da əlçatan etdi. Artıq vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək. Bunun üçün E-Polis tətbiqində və ya e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi…

Daxili işlər naziri Gədəbəy rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 24-də və 25-də Gədəbəy Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Gədəbəy rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati…