Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan islam və türk dünyasının mərkəzində yerləşir. “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh peyğəmbərin məzarı Naxçıvandadır.…

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların kollektivləri, ali və orta ixtisas məktəblərinin müəllim…

Azərbaycanın özü qədər əbədi

Müasir Azərbaycan tarixinin əsas inkişaf və yüksəliş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılmışdır. Ulu öndərimiz Heydər Əliyevin həyatının mənası Azərbaycan idi, ölkəmizin inkişafı və tərəqqisi idi. Ümummilli liderimizin respublikamıza rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Muxtar respublikada idman sahəsi hər…

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra abidə önündə xatirə şəkli çəkdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası…

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransının iştirakçılarına

Hörmətli müəllimlər! Sizi – Naxçıvan Muxtar Respublikasının müəllimlərini səmimi qəlbdən salamlayır, konfransa öz işində uğurlar arzulayıram. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müəllim əməyinə daim yüksək qiymət vermiş, təhsilin inkişafını diqqətdə saxlamış, Azərbaycan müəllimi ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasət uğurla…

Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir

Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub. Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə Ali Məclisin Sədrinə məlumat verib. Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və…

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizm-istirahət bölgəsinin yaradılması istiqamətində tədbirlər görülür. Dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı münasibətilə tədbir iştirakçılarını…

İdmançılarımızdan uğurlu nəticə

Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə yarış keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. Şəxsi və komanda yarışında idmançılarımız uğurlu nəticə əldə ediblər. Belə ki, çempionatda ən uğurlu nəticəni 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Sadiqov qazanıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl…

Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub

Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilib, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilib. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə edib. Noyabrın 30-da Qazançı…