Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb və onu yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafında İsrailin ölkəmizdəki səfirliyinin fəaliyyətini qeyd edib. Naxçıvan Muxtar Respublikasına üçüncü…

Xidmət mərkəzində sakinlərin gündəlik tələbatı ödəniləcək

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Buzqov kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, anbar, ərzaq və təsərrüfat malları mağazaları vardır. Burada 2 sakin işlə təmin olunub. Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub. Kənd sakini Abbas Ələkbərov minnətdarlıq edərək deyib: Ali Məclis Sədrinin Babək…

Yuxarı Buzqov kənd mərkəzi istifadəyə verilib

Oktyabrın 15-də Yuxarı Buzqov kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və zal yerləşir. Yeni Azərbaycan Partiyası…

Yuxarı Buzqov kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Oktyabrın 15-də Yuxarı Buzqov kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, binada 2-si elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı və kitabxana vardır. Kompüter otağında yeni kompüterlər quraşdırılıb…

Dağ kəndində yeni xidmət obyekti

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Buzqov kəndindəki xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, muxtar respublikanın müasirləşən kənd yaşayış məntəqələrində xidmət mərkəzlərinin istifadəyə verilməsi sakinlərin gündəlik məişət tələbatının ödənilməsi və yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə xidmət mərkəzlərində yerli sənaye və ərzaq, o cümlədən ailə…

Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolu istifadəyə verilib

Sərhəd və dağ kəndlərinin inkişafında ən vacib amillərdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu səbəbdən də muxtar respublikada avtomobil yollarının yenidən qurulması kənddən şəhərə doğru aparılır. Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolunun yenidən qurulması da bu tədbirlərin davamıdır. Oktyabrın 15-də Aşağı Buzqov və Yuxarı Buzqov kənd avtomobil yolu istifadəyə verilib. Naxçıvan Muxtar…

Dağ kəndində xəstəxanatipli həkim ambulatoriyası fəaliyyətə başlamışdır

Muxtar respublikanın yaşayış məntəqələrində səhiyyə xidmətinin günün tələbləri səviyyəsində qurulması əsas vəzifələr sırasındadır. Kəndlərdə quruculuq işləri aparılarkən tikilən müasir həkim ambulatoriyaları isə sakinlərin hərtərəfli tibbi xidmətlə təminatına hesablanıb. Oktyabrın 15-də Aşağı Buzqov kəndində yeni həkim ambulatoriyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın açılışını etmiş, kənddə səhiyyə xidmətinin təşkili üçün yaradılan…

Aşağı Buzqov Kənd Mərkəzi istifadəyə verilib

Oktyabrın 15-də Aşağı Buzqovda kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Bildirilib ki, əvvəllər dövlət qurumları şəraiti olmayan binalarda yerləşirdi. Lakin kənd mərkəzində bütün təşkilatların fəaliyyəti üçün şərait yaradılıb, müasir iş otaqları istifadəyə verilib. Hazırda binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, baytarlıq məntəqəsi, kitabxana, rabitə…

Heydər Əliyev siyasi xəttinin bəhrələri
Babək rayonunun Aşağı və Yuxarı Buzqov kəndlərində kompleks quruculuq işləri aparılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir”. Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan davamlı inkişaf və tərəqqi…

Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirib, döyüş qabiliyyətini artırıb. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkan verir. Oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.…