Yeni inzibati bina istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Kənd təsərrüfatı ilə bağlı biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”. Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının yaradılması sahəsində ardıcıl tədbirlər görülür. Xüsusilə aqrar sahənin elmi şəkildə inkişafı diqqətdə saxlanılır.…

Gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 3 aylıq ilkin hazırlıq kursu keçmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi təşkil olunub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov çıxış edərək bildirib ki, muxtar respublikanın daxili…

Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib

Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib. Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə…

Naxçıvanda Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Türkiyənin Naxçıvandakı baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 95-ci ildönümü münasibətilə…

Polis əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib. Birinciliyi keçirməkdə məqsəd əməkdaşlar arasında bu idman növünü təbliğ etmək və qarşıdakı yarışlar üçün muxtar respublika komandasının heyətini formalaşdırmaq olub. Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov son illər muxtar respublikada idman…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin uğurla başa çatması münasibətilə Vençay Janqı təbrik edib. Ali Məclisin Sədri…

Babək rayonunun 40 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub. Oktyabrın 22-də Babək rayonunda dövlət qurumları və ictimai təşkilatlar üçün…

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçirilir. Tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat verib, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırıblar. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Dövlət Aktının qəbul olunması Günü…

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür

Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqilliyini elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir. Ötən əsrin 90-cı illərində xalqımız dövlət müstəqilliyinə nail…