Qazançı kəndində mərasim evi tikilib

Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən sakinlərin rahatlığının təmin olunması vacib amil kimi götürülür. Mərasim evlərinin tikilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Noyabrın 30-da Qazançıda mərasim evi də istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, əvvəllər kənddə yas mərasimlərinin keçirilməsində müəyyən çətinliklər yaranırdı. Lakin…

Qazançıda xidmət mərkəzi istifadəyə verilib

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 5 sakin işlə təmin olunub. Ərzaq mağazasında əsasən yerli məhsullar satışa…

Kənddə müasir həkim ambulatoriyası fəaliyyətə başlayıb

Noyabrın 30-da Qazançı kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 12 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek, mama, tibb bacısı və feldşer otaqlarından…

Qazançı Kənd Mərkəzi istifadəyə verilib

Noyabrın 30-da Qazançı kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada…

Qazançı kənd tam orta məktəbinin binası istifadəyə verilmişdir

Noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək demişdir ki, muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil ilə görüşüb. Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin muxtar respublikada həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Təhsil və mədəniyyət sahələrində əlaqələrin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri səfirlik tərəfindən 3 dekabr – Beynəlxalq Əlillər Günü…

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu keçirilib

Noyabrın 26-da Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. Forum iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun…

Muxtar respublikanın səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri təqdim olunub

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin…

Kosacan kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər ardıcıl şəkildə davam etdirilir. Xüsusilə kəndlərdə avtomobil yollarının yenidən qurulması, həmçinin daxili yolların təmiri yaşayış məntəqələrinin turizm və kənd təsərrüfatı potensialını daha da artırır. Noyabrın 21-də Kosacan kənd avtomobil yolu istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun yenidən qurulması…

Kosacanda yeni xidmət obyekti fəaliyyətə başlayıb

Həmin gün Kosacan kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Mərkəzdə 6 sakin işlə təmin olunub. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki…