Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Əhalinin etibarlı ərzaq təminatında taxılçılıq mühüm yer tutur. Bu sahənin dövlət tərəfindən dəstəklənməsi, texnika, gübrə və toxum təminatı, eləcə də mütərəqqi suvarma sistemlərinin qurulması məhsul istehsalının artmasına səbəb olub. Hazırda muxtar respublikada payızlıq taxıl əkini aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud…

Məscid və mərasim evi istifadəyə verilib, dini icmalara xidməti avtomobillər təqdim edilib

Bu gün yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi muxtar respublikada həyata keçirilən dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbir Babək rayonunda da uğurla həyata keçirilir. Oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilib, Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər…

Babək qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasının mühüm nəticələrindən biri də Babək rayonunun yaradılmasıdır. Bu gün dahi şəxsiyyətin siyasi xəttinə sədaqət Babək rayonunu müasir yaşayış məntəqəsinə çevirib. Rayonda sosial-iqtisadi inkişaf təmin olunub, tikinti-quruculuq işlərinin həcmi genişlənib, məskunlaşma artıb.  Oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kirazı qəbul edib. Ali Məclisin Sədri Məhmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə…

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Naxçıvana səfər edib

Sentyabrın 29-da Rusiya Federasiyasının İqtisadi  İnkişaf Naziri Maksim Oreşkin Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşüb. Qeyd edək ki, Azərbaycan Rusiya münasibətləri yüksələn xətlə dinamik inkişaf edir. Bu həftə Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri , keçirilən IX Regionlararası Forumda iştirakı bunu bir daha təsdiq edir.…

Daxili İşlər Nazirliyinin “Veteranlar Şurası”nın yeni tərkibi seçildi

Bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Daxili İşlər Nazirliyi Veteranlar Şurasının ümumi yığıncağı keçirilib. Yığıncaqda nazirliyin aparatının aid xidmətləri, şəhər və rayon polis idarələrinin rəisləri və polis veteranları iştirak ediblər. Yığıncağı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. “Naxçıvan Muxtar Respublikası Daxili İşlər orqanlarının polis veteranları ilə aparılan işinin vəziyyəti…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikanın inkişafı sahəsində görülən işlərdən bəhs edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Küveyt Dövləti arasında qarşılıqlı əlaqələrin inkişafı…

Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib.  Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib. Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlayıblar. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ində iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb. Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsini muxtar respublikaya olan etimadın və…

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında vakant olan orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsahibə mərhələsinin keçirilməsi ilə bağlı elan

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarında vakant olan orta və böyük  rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsahibə mərhələsinin keçirilməsi ilə bağlı E L A N Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində vakant olan orta və böyük rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar 4 iyun 2018-ci il tarixdə elan edilmiş müsabiqənin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası…