“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə baxıblar.…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan islam və türk dünyasının mərkəzində yerləşir. “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh peyğəmbərin məzarı Naxçıvandadır.…