Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri general-mayor Fazil Ələkbərov şəxsi heyəti təbrik edib

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin  yaradılmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-mayor Fazil Ələkbərovun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general leytenant Şahin Məmmədovun təbriklərini şəxsi heyətə çatdırıb. Qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr müasir…

Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib

Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibəti ilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib. Ali Məclisin Sədri kursantları salamlayıb. Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini…

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının uğurla davam etdirilməsi Azərbaycan ordusunun gücünü artırıb, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ordumuzun döyüş qabiliyyəti və maddi-texniki bazası xeyli möhkəmlənib. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və…

Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilib

İyunun 23-də Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov  İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri…

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılışı olub

İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri keçirilib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tariximədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan…

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçıları Naxçıvanla tanış olmuşlar

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar…

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri general-mayor Fazil Ələkbərov şəxsi heyəti təbrik edib

Daxili qoşunların Naxçıvan Əlahiddə Əməliyyat briqadasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ötən ay silahlı qüvvələrin keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi də daxil olmaqla 11 min hektardan artıq ərazi ordumuzun nəzarəti altına keçdiyi vurğulanıb. Bütün bunlar əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun bəhrələridir. Tədbirdə Naxçıvan…

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə görüşmüşdür. Ali Məclisin Sədri qonağı salamlamış və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Səmimi qəbula görə minnətdarlıq edən George Leuka Naxçıvanın tarixi və müasir inkişafı haqqında məlumata malik olduğunu bildirmişdir. Qonaq muxtar respublikaya səfərinin əməkdaşlıq imkanlarının…