Gənc polis əməkdaşlarının andiçmə mərasimi keçirilib

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 3 aylıq ilkin hazırlıq kursu keçmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi təşkil olunub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov çıxış edərək bildirib ki, muxtar respublikanın daxili…

Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib

Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib. Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə…