IV fəsil. Beynəlxalq əməkdaşlıq
IV fəsil. Beynəlxalq əməkdaşlıq Maddə 43. Beynəlxalq əməkdaşlıq 1. İştirakçı Dövlətlər bu Konvensiyanın 44-50-ci maddələrinə uyğun olaraq, cinayət-hüquqi məsələlər üzrə əməkdaşlıq edirlər. Məqsədə müvafiq olduqda və daxili hüquq sistemlərinə uyğun gəldikdə, İştirakçı Dövlətlər korrupsiya ilə bağlı mülki-hüquqi və inzibati məsələlər üzrə istintaq və icraat aparılmasında bir-birinə yardım etmək imkanlarını müzakirə edirlər. 2. Müvafiq əməlin…