Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2022 – 2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə  Daxili İşlər naziri polis polkovniki Rəşad İsmayılov çıxış edərək bildirib ki, muxtar respublikada infrastrukturun yenidən qurulması və mütəmadi olaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, artıq neçə ildir ki, payız-qış mövsümünü problemsiz başa vurmağa, eləcə də əhalinin…

Naxçıvanda Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası aparılıb

Ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar…

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması vacib məsələlərdir. Ona görə də bugünkü müşavirədə veriləcək tapşırıqlar yerlərdə müzakirə edilməli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət olunmalıdır. Müşavirədə Naxçıvan…