Naxçıvan şəhidini ehtiramla qarşıladı

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Tarix boyu Azərbaycan övladlarının Vətənə, öz millətinə, dövlətinə, xalqına sədaqət nümunələri, qəhrəmanlıqları və şəhidlik nümunələri onu göstərir ki, xalqımız bu gün də, gələcəkdə də öz torpaqlarını, Vətənini qorumağa hazırdır, Vətən, torpaq, müstəqillik naminə şəhid olmağa hazırdır”. Vətən, millət yolunda  canlarından keçərək qəhrəmanlıq dastanı yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Sentyabrın 12-si gecə və…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Asiya İnkişaf Bankı əlaqələrindən, həyata keçirilən layihələrdən bəhs olunmuş, gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.